Hadisə

Arvadını körpəsinin gözü qarşısında öldürdü

29 İyul 2022 10:00
Baxış: 1 349
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İyulun 29-u, saat 01 radələrində Şirvan şəhər sakini 1994-cü il təvəllüdlü Camalə Qənbərovanın öldürülməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.

Şirvan şəhər prokurorluğundan verilən məlumata görə, aparılmış ilkin araşdırmalarla zərərçəkmişin əri 1992-ci il təvəllüdlü Kəmaləddin Qənbərovun şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı azyaşlı oğlunun gözləri qarşısında bıçaqla Camalə Qənbərovaya çoxsaylı xəsarətlər yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Şirvan şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Kəmaləddin Qənbərov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

İş üzrə istintaq davam edir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.