Hadisə

"Şahdağ Cəlil"in öldüyü qəzadan görüntülər - VİDEO

29 İyul 2022 09:38
0 Şərh     Baxış: 1 927
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gün Xaçmaz rayonunda 2 nəfərin ölümü ilə nəticələnən yol qəzası baş verib.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, Xaçmaz-Quba yolunun Armudpadar kəndindən keçən hissəsində "Toyota Prado" markalı minik avtomobili yük maşınına çırpılıb.

Nəticədə "Toyota Prado"nun sürücüsü, 1962-ci il təvəllüdlü Cəlil Güləhmədov və sərnişini, 1985-ci il təvəllüdlü Zaur Quliyev aldıqları xəsarətlərdən vəfat ediblər.

Qeyd edək ki, qəzada vəfat edən C.Güləhmədov şimal bölgəsində geniş fəaliyyət göstərən iş adamlarından olub və "Şahdağ Cəlil" adı ilə tanınıb. O, özünə məxsus mağazalar vasitəsilə topdan satış fəaliyyəti ilə məşğul olub.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.