Hadisə

Bakıda ağır qəza - ölən və yaralanan var

29 İyul 2022 09:54
0 Şərh     Baxış: 2 093
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakıda avtomobillər toqquşub, ölən və yaralanan var.

Milli.Az report-a istinadən xəbər verir ki, hadisə iyulun 28-də paytaxtın Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Əjdər Məlikov küçəsində qeydə alınıb.

Belə ki, 1988-ci il təvəllüdlü Əhmədov Böyükkişi Hökümxan oğlu idarə etdiyi "İsuzu" markalı yük avtomobili ilə hərəkətdə olan zaman 1997-ci təvəllüdlü Əliyev Ümid Elçin oğlu idarə etdiyi "Mitsubishi Lancer" markalı maşınla onun qarşısına köməkçi yoldan çıxıb. Nəticədə Ü.Əliyev və onun yanında olan sərnişin Emin Abdullayev müxtəlif dərəcəli bədən xəsarətləri alaraq müalicə olunmaları üçün xəstəxanaya aparılıb. Lakin Ü.Əliyev aldığı xəsarətlərdən xəstəxananın reanimasiya şöbəsində ölüb.

Faktla bağlı Sabunçu Rayon Polis Şöbəsində 263.2-ci maddəsi ilə cinayət işi
başlanıb, istintaq aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.