Hadisə

Binadan yıxılaraq ölən ana və övladının FOTOsu

28 İyul 2022 10:26
3 Şərh     Baxış: 3 954
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Xəbər verdiyimiz kimi, ötən gün Xırdalan şəhəri, Heydər Əliyev prospektində yerləşən "Kristal Abşeron" yaşayış massivində ana və azyaşlı övladı 5-ci mərtəbədən yıxılaraq ölüb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, sosial şəbəkələrdə vəfat edən ana və uşağının fotosu yayılıb. 

Məlumata görə, ailə İsmayıllı rayonundandır. Bir neçə gün əvvəl həmin evə kirayə köçüblərmiş. 3 yaşlı uşaq yuxudan oyanaraq pəncərəyə çıxıb və tora söykənib. Bundan sonra tor çıxdığı üçün uşaq yerə yıxılıb. Ana onu tutmaq üçün özünü atsa da, hər ikisi dünyasını dəyişib.

Qeyd edək ki, faktla bağlı Abşeron Rayon Prokurorluğunda araşdırma aparılır.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.