Hadisə

Azərbaycanda 19 yaşlı qız evli sevgilisini qəbiristanlığa söhbətə çağırıb, onu bıçaqladı

27 İyul 2022 10:18
4 Şərh     Baxış: 2 898
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Mingəçevirdə gənc qız sosial şəbəkədə tanış olduğu şəxsi bıçaqlayıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, hadisə Mingəçevir kənd qəbiristanlığının ərazisində baş verib.

Belə ki, 2003-cü il təvəllüdlü Tünzalə Eyvazova Şəvəndiyev Nizami Qasım oğlu ilə sevgili olublar. Aralarında soyuqluq yarandığı üçün qız münasibətləri aydınlaşdırmaq məqsədilə onu qəbiristanlığa çağırıb. T.Eyvazova sevgilisinə xəsarət yetirib.

Qeyd edək ki, kişi evli olub. 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis baş leytenantı Mahir Məsimov oxu.az-a bildirib ki, məsələ barədə məhkəmə tibbi ekspertizası təyin olunub:

"Hadisəni törədən şəxs saxlanılaraq izahatı alınıb və istintaq bölməsində araşdırmalar davam etdirilir".

Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.