Hadisə

16 yaşlı yeniyetmə 15 yaşlı oğlanı bir yumruqla öldürdü

27 İyul 2022 11:12
0 Şərh     Baxış: 1 769
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakıda 15 yaşlı yeniyetmə aldığı yumruq zərbəsindən sonra xəstəxanada vəfat edib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, iyulun 26-da Xətai rayonunda yerləşən, Nizami parkının ərazisində 2007-ci il təvəllüdlü M.Məmmədovun (şərti) xəsarət alması və almış olduğu xəsarətlərdən xəstəxanada ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Araşdırmalarla, zərərçəkmişin tanışı 2006-cı il təvəllüdlü C.Əliyevin (şərti) yumruqla M.Məmmədovun üz və baş nahiyəsinə xəsarətlər yetirməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı cinayət işi başlanıb. C.Əliyev şübhəli şəxs qismində tutulub, istintaq davam edir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.