Hadisə

Yük maşını aşdı, qarpız-yemiş ətrafa dağıldı - VİDEO

26 İyul 2022 13:18
0 Şərh     Baxış: 1 221
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakı-Qazax yolunda yük maşını qəzaya uğrayıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, magistralın Hacıqabuldan keçən hissəsində "Ford" markalı kiçiktutumlu yük avtomobili aşıb. Nəticədə maşının yük yerində olan qarpız-yemiş ətrafa dağılıb. Həmçinin müxtəlif dərəcəli xəsarətlər alan sürücü sükan arxasında sıxılmış vəziyyətdə qalıb.

Xilasedicilər gələnə kimi yoldan keçən vətəndaşlar həmin sürücüyə kömək etməyə çalışıb. Hadisə yerindən çəkilmiş görüntüləri təqdim edirik.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.