Hadisə

Bu yolda diqqətli olun - VİDEO

26 İyul 2022 16:30
0 Şərh     Baxış: 1 113
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Abşeron rayon ərazisindən Sumqayıta daxil olarkən istifadə edilən körpüdə böyük dəlik əmələ gəlib. Körpünü altı boş olduğu üçün dəlik sürətlə böyüyəcək və sürücülər üçün təhlükə yaradacaq. Təhlükənin miqyasını artıran başqa bir məqam isə körpünün altından dəmir yolu xəttinin keçməsidir.

Buradan Sumqayıta və ya əks intiqamətdə həm minlərlə avtomobil istifadə edir, həm də körpünü alt hissəsindən dəmir yolu xətti keçir. Hazırda körpü istifadə edənlər üçün əsil təhlükə mənbəyidir.

Şəhər daxili yollara və o istiqamətdə olan bütün körpülərə Sumqayıt şəhər İcra Hakimiyyəti nəzarət edir. Mövcud məsələ ilə bağlı icra hakimiyyətindən bildirildi ki, körpüdəki vəziyyətin araşdırılması və tədbirlərin görülməsi üçün aidiyyəti üzrə təcili tədbirlər görüləcək.

Milli.Az xəzər tv-nin hazırladığı videomaterialı təqdim edir:

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.