Hadisə

Bakıda 2 hindistanlı qəzada öldü

25 İyul 2022 13:04
0 Şərh     Baxış: 902
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakıda xarici ölkə vətəndaşları yol qəzasında ölüb.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, hadisə iyulun 23-də saat 11 radələrində Qaradağ rayonunun Qobustan qəsəbəsi ərazisində baş verib.

Qəsəbə sakini H.Həsənov idarə etdiyi "Mitsubishi" markalı avtomobili aşırıb. Nəticədə sərnişinlərdən Hindistan vətəndaşları Pervin Shroff və Malhotra Neena hadisə yerində ölüb, sürücü və digər sərnişin isə xəstəxanaya yerləşdiriliblər.

Qaradağ Rayon Polis İdarəsində araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.