Hadisə

Bakıda moped avtomobilə çırpılıb, xəsarət alan var - FOTO

4 İyul 2022 07:48
0 Şərh     Baxış: 523
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakının Xətai rayonunda yol-nəqliyyat hadisə zamanı 1 nəfər ağır xəsarət alıb.

Milli.Az APA-ya istinadən bildirir ki, hadisə Sarayevo küçəsində baş verib.

"Kia" markalı avtomobil yol ayrıcında qəflətən yola çıxıb. Həmin vaxt hərəkətdə olan Elşən Fətəliyev idarə etdiyi mopedlə "Kia"ya çırpılıb. Zərbənin təsirindən E. Fətəliyev bədənin müxtəlif nahiyələrindən sınıq xəsarətləri alıb. Yaralı ağır vəziyyətdə 3 saylı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Xətai Rayon Polis İdarəsinin əməkdaşları avtotexniki ekspertiza təyin ediblər.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.