Hadisə

Yanğınsöndürənlər gözəllik salonunun qapısının içinə girən ilanı çıxarıblar - VİDEO

25 İyun 2022 17:30
0 Şərh     Baxış: 766
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Sivasda gözəllik salonlarından birinin qapısının içinə 1,5 metr uzunluğunda ilan girib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, hadisə Kümbet məhəlləsindəki gözəllik salonunda baş verib. Alüminium qapının içərisində ilanı görən işçilər yanğınsöndürənlərə məlumat veriblər. Bölgəyə gələn yanğınsöndürənlər ilanı girdiyi yerdən çıxara bilmədiklərinə görə qapını sökərək yanğınsöndürmə məntəqəsinə aparıblar.

Burada qapının bir hissəsini kəsərək ilanı girdiyi yerdən çıxarmağa nail olublar. 1,5 metr uzunluğundakı ilan təbiətə buraxılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.