Hadisə

Bakıda avtomobil gənc oğlanı vuraraq öldürüb

20 İyun 2022 07:07
0 Şərh     Baxış: 919
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakının Binəqədi rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.

Milli.Az APA-ya istinadən bildirir ki, hadisə Cəfər Xəndan küçəsində qeydə alınıb.

Yolun piyadalar üçün nəzərdə tutulmayan hissəsindən keçən 1990-cı il təvəllüdlü Abbasov Elvar Allahverdi oğlunu minik avtomobili vurub. Piyada hadisə yerində ölüb.

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır. Hadisəni törədən sürücü saxlanılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.