Hadisə

Ağdamda hərbçi minaya düşüb - YENİLƏNİB

27 May 2022 14:12
Baxış: 1 763
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ağdam Hərbi Prokurorluğu Daxili Qoşunların əsgərinin minaya düşməsi ilə bağlı araşdırmalara başlayıb.

Hərbi Prokurorluğun mətbuat xidmətindən bildiriblər ki, mayın 27-də Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi qulluqçusu, əsgər Ömərov Seyidağa Mirzağa oğlunun həmin gün Ağdam rayonu ərazisində mina partlayışı nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alması barədə Ağdam hərbi prokurorluğuna məlumat daxil olub.

Daxil olmuş məlumat əsasında Ağdam hərbi prokurorluğunun əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, iş üçün əhəmiyyət kəsb edən predmetlər maddi sübut kimi götürülüb, izahatlar alınıb, müvafiq ekspertizalar təyin olunub və digər zəruri hərəkətlər yerinə yetirilib.

Hazırda Ağdam hərbi prokurorluğunda araşdırma davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi, o cümlədən fakta hüquqi qiymət verilməsi təmin ediləcək.

-------

12:21

Ağdamda hərbiçi minaya düşüb

Milli.Az Trend-ə istinadən xəbər verir ki, Daxili qoşunların müddətdən artıq xidmət edən hərbi qulluqçusu, çavuş Umarov Əzizağa keçmiş təmas xəttində minaya düşüb.

Ayağından xəsarət alan hərbçi hazırda hospitala yerləşdirilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.