Hadisə

Azərbaycanda keçmiş polis hamamda öldü

3 Fevral 2022 11:24
0 Şərh     Baxış: 2 162
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qax şəhər sakini dəm qazından boğularaq ölüb.

Milli.Az report-a istinadən xəbər verir ki, hadisə bu gün səhər saatlarında şəhər ərazisində yaşayış evlərindən birində baş verib.

Belə ki, şəhər sakini 1955-ci il təvəllüdlü Fəxrəddin Qulu oğlu Məmmədov yaşadığı evin vanna otağında dəm qazından zəhərlənərək ölüb. Onun meyiti vanna otağında həyat yoldaşı tərəfindən aşkarlanıb.

Qeyd edək ki, 67 yaşlı Fəxrəddin Məmmədov təqaüddə olan polis mayorudur. O, uzun illər Qax Rayon Polis Şöbəsində sahə müvəkkili vəzifəsində çalışıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.