Hadisə

Vətən müharibəsi iştirakçısını maşın vurub öldürdü

20 Yanvar 2022 09:24
0 Şərh     Baxış: 1 103
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qəbələdə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə Qaraməryəm-İsmayıllı-Şəki yolunun rayonun Mirzəbəyli kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, 1986-cı il təvəllüdlü Eldəniz İsmayılov idarə etdiyi "Toyota" markalı avtomobillə hərəkətdə olarkən yol kənarında dayanan 2000-ci il təvəllüdlü Adıgözəlov İsmayıl Ramiz oğlunu vurub. Qəbələnin Kiçik Pirəlli kəndindən olan A.İsmayıl xəstəxanaya yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, İsmayıl Adıgözəlov Vətən müharibəsi iştirakçısı olub. 

Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.