Hadisə

Şabranda iki bacı hamamda dəm qazından zəhərləndi

2 Yanvar 2022 17:35
0 Şərh     Baxış: 1 041
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Şabranın Rəhimli kəndində iki bacı dəm qazından zəhərləniblər.

Milli.Az report-a istinadən xəbər verir ki, 1986-cı il təvəllüdlü Aygün İntiqam qızı Bayramova vanna otağında huşsuz vəziyyətdə tapılıb. O, təcili tibbi yardımın köməyi ilə Şabran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Xəstəyə tibbi yardım göstərildikdən sonra evə buraxılıb.

Günün ikinci yarısında isə ailənin digər üzvü, 1984-cü il təvəllüdlü Günay İntiqam qızı Bayramova da dəm qazından zəhərlənmə diaqnozu ilə eyni xəstəxanaya yerləşdirilib.

Vəziyyəti orta ağır olduğundan tibbi yardım göstərildikdən sonra xəstəxanada saxlanılıb.

Hər iki faktla bağlı araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.