Hadisə

Narkotik çəkib dostunun maşını ilə 3 avtomobili əzdi - həbs olundu - FOTO

21 Dekabr 2021 16:36
0 Şərh     Baxış: 898
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Narkotik vasitənin təsiri altında qəza törədən şəxs həbs olunub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Cəlilabad rayon sakini Elvin Hüseynov sürücülük vəsiqəsi və etibarnamə olmadan idarə etdiyi tanışına məxsus "VAZ-2105" markalı avtomobillə Cəlilabad şəhəri ərazisində yol nəqliyyat hadisəsi törədib.

Nəticədə daha 3 nəqliyyat vasitəsinə - "VAZ-21154", "VAZ-21063" və "Mercedes-Benz" markalı avtomobillərə ciddi ziyan dəyib.

E.Hüseynov müvafiq tibbi müayinədən keçirildikdə onun narkotik vasitədən istifadə etdiyi müəyyən olunub.

Həmin şəxs barəsində toplanan materiallar hüquqi qiymət verilməsi üçün Cəlilabad Rayon Məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə E.Hüseynov 30 gün müddətində inzibati qaydada həbs olunub.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.