Hadisə

Moped avtomobilə çırpılıb, xəsarət alan var - FOTO

8 Dekabr 2021 07:11
0 Şərh     Baxış: 487
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İşıqforun qırmızı işığından keçən moped qəzaya uğrayıb.

Milli.Az bildirir ki, qəza Masazır qəsəbəsində qeydə alınıb. Əliağa Vahid küçəsində yüksək sürətlə hərəkətdə olan moped işıqforun yaşıl işığından keçən minik avtomobilinə çırpılıb.

Minik avtomobilin sürücüsü Tural Həmzəyev və hadisə şahidlərinin APA-nın hadisə yerində olan müxbirinə verdiyi məlumata görə "Toyota" markalı avtomobilin sürücüsü yol kəsişməsindəki işıqforun yaşıl işığından əsas yola çıxarkən moped sürücüsü yüksək sürətlə nəqliyyat vasitəsini avtomobilə çırpıb. Qəza nəticəsində mopedin sürücüsü ağır bədən xəsarətləri alıb. Yaralı xəstəxanaya çatdırılıb.

Hadisə yerinə Abşeron Rayon Polis İdarəsi və Polis Şöbəsinin əməkdaşları cəlb edilib. Şahidlərin ifadələri alınıb, fakt üzrə araşdırma aparılır.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.