Hadisə

Bakıda “BMW”nin vurduğu moped yandı, sürücü komaya düşdü - VİDEO - FOTO

6 Dekabr 2021 07:11
1 Şərh     Baxış: 2 352
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakının Nərimanov rayonunda yol-nəqliyyat hadisəsi zamanı bir nəfər ağır xəsarət alıb.

Milli.Az APA-ya istinadən bildirir ki, qəza Ziya Bünyadov prospektində qeydə alınıb.

Metronun 20 Yanvar stansiyası istiqamətində hərəkətdə olan "BMW" markalı avtomobilin sürücüsü yolun birinci zolağında hərəkətdə olan zaman qəflətən onun qarşısına moped çıxıb. Mopedin sürücüsü idarəetməni itirdiyindən avtomobil ona çırpılıb. Qəza zamanı zərbə o qədər güclü olub ki, mopedi sürən şəxs bir neçə metr irəliyə atılıb. Moped isə qəfil alışmağa başlayıb. Əraziyə FHN-nin DYMX-nin iki texnikası cəlb edilib. Yanğın söndürülüb. Ağır xəsarət alan şəxs Təcili Təxirəsalınmaz Tibbi Yardım Xidməti vasitəsi ilə xəstəxanaya çatdırılıb. Mopedi idarə edən şəxs komaya düşüb.

Faktla bağlı Nərimanov Rayon Polis İdarəsi araşdırma aparır.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.