Qoroskop

Günün qoroskopu: heç bir mühüm işi axşama saxlamayın

13 Avqust 2017 00:01
26 Şərh     Baxış: 7 842

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir.

Qoç - Hiperion və Arielin münasibətləri gəlir, təklif, rəğbət izharı, çoxdan gözlənilən məlumat vəd edir.
Bu gün sizdən əlahiddə aktivlik tələb olunmur.

Bir qədər aramla çalışın, çünki bəzi problemlər öz axarı ilə həllini tapacaq. İfrat yorğunluq olmadan mühüm işləri başa vura bilərsiniz.

Sabah sizi ağır və gərgin gün gözləyir.

Yaxın ətrafınızdakı insanlarla münasibətlərinizdə problemlər yaranmayacaq.
Axşam saatlarında rahatlanın, yaxşıca dincəlin.

Buğa - Sinope və Umbrielin münasibətləri sakit gün vəd edir. İşlərinizə diqqətlə yanaşın, problemlərin başdansovdu və tələsik həllinə can atmayın.

İmkan tapılarsa, alış-verişi günün ilk yarısında edin.
Hisslərinizi ayrıd etmək üçün əlverişli vaxtdır. Qəfil görüş, məktub, telefon zəngi ola bilər.
İşinizlə bağlı görüşmək istədiyiniz adamı arayın.

Şəraitin əlverişli olduğunu hiss etsəniz, təşəbbüskar olun. Mühüm məqamlarda ətalətlə davranmayın.

Əkizlər - Haron və Tritonun münasibətləri sakit, rahat gün vəd edir. Adi yaşam sevincləri və səmimi mühit yeni ideyaların yaranmasına, ətrafınızda sizə dost münasibəti bəsləyəcək insanların peyda olması ilə nəticələnə bilər. Yeni təkliflər və ideyalar səslənəcək.

Hadisələrin axarına kobud müdaxilə olmasa, yaranmış ziddiyyatləri ifrat səylər olmadan aradan qaldırmaq, tərəfdaşlarla münasibətləri möhkəmləndirmək olar.

Ətrafınızdakı insanların işinizə müdaxilə səviyyəsini göstərəcək nişanələri gözdən qaçırmayın. Hansısa bir mövzu və ya məsələnin diqqətinizi tam cəlb etməsinə imkan verməyin.

İntellektual məşğuliyyətlərə vaxt ayırın
Heç bir mühüm işi axşama saxlamayın.

Xərçəng - Ay və Merkurinin münasibətləri təcili işlərin hamısını başa vurmağı tələb edir. Yerdə qalan vaxtı evə və ailəyə sərf edin.

Özünüzü yaxşı hiss etmək üçün ətrafınızdakı mühitdə daha çox qayda olmalıdır. Kiçik təmirlə məşğul olmaq, əşyaları yerbəyer etmək olar.

Ağlınıza gələn ideyalar arasında ən dəyərlisini seçərək irəliyə doğru astaca irəliləyin. Can atdığınız məqsədə çatmaq üçün sizə yardım edə biləcək məlumat alacaqsınız.

Mühafizəkar mövqe, inad və işə təfərrüatlı yanaşma planlarda qətiyyətli mövqe tutmaq, etibarlı tərəfdaşlar əldə etməyə imkan verəcək.

Şir - Neptun və Kallistonun münasibətləri məramlarınızı asanlıqla reallaşırmağa imkan yaradacaq. Sadə, sevdiyiniz işlərlə məşğul olun.

İmkan varsa, alış-veriş ilə məşğul olun.

Sonradan praktiki nəticə verəcək ideya və fikirlərə laqeyd yanaşmayın. Uzaqda olan şəxslərdən biri maraqlı informasiya verə bilər.

Ailə ilə birlikdə olun, gəzintiyə çıxın. Nəqliyyatda ehtiyatlı olun.
İstənilən fiziki aktivlik faydalıdır. Əlavə, izafi gərginlikdən qurtulun.

Qız - Makemake və Himaliyanın münasibətləri sakit, hadisələrin ləng inkişaf fonuna malik bir gün vəd edir. İşlərdə təxirəsalma və ləngimələr ola bilər.

Xəbər və məlumatın gözləntisinin vaxtı uzanacaq. Daxili harmoniya hissi bir qədər nəfəs dərmək, daha xoşagələn işlə məşğul olmaq imkanı yaradacaq. Emosiyaları ətrafınızdakı insanlarla bölüşün.

İşdə konkret, praktiki, indi olmasa da, gələcəkdə mənfəət vəd edən məsələ işə məşğul olun.
Xarici görkəminizə fikir verin.
Məqsədinizin reallaşması üçün səylərinizi əsirgəməyin.

Tərəzi - Avropa və İonun münasibətləri xoş anlar vəd etsə də, işinizi dəqiq görün, səlis olun. Etibarlı tərəfdaşlar, yaxud da indi ortaq maraqlarınızın olduğu insanlarla çalışın. İşdə nizam yaradılması faydalı tapıntıya, planların yenilənməsinə səbəb ola bilər.

Yeni işə başlamaq, mühüm məsələni müzakirə etmək, perspektivə olan planı nəzərdən keçirmək üçün yaxşı vaxtdır.

Qarşılıqlı anlaşma üçün müzakirələr şərt deyil. Əsas məsələ sizə önəmli olan insanın qayğısına qalmaqdır.

Əqrəb - Serera və Haumea maraqlı gün vəd edir. Amma işlər uğurlu olsa belə, hadisələrin axarı göründüyü qədər sadə deyil.

Yaxın günlərdəki irəliləyişiniz, maddi durumunuz bu gün görülə biləcək işlərin həcmindən asılıdır.
Diqqəti yayındırmayın, fikrinizi cəmləyin, işlərinizi nəzarətdə saxlayın, yaxın ətrafınızdakı adamlara təzyiq göstərməyin. Ötən səhvləri inadla xatırlatmayın.

Maliyyə məsələlərini tələsmədən, aramla çözün. Bir neçə gün gözləyə biləcək hadisələri tələsdirməyin.
Axşam saatlarında ailə üzvlərinizin nə ilə məşğul olacağına onların özləri qərar verməlidir.

Sakitlik və stabillik hər şeydən üstündür. Bununla belə, problemin təcili həllini tələb edən məsələlərdə astagəllik etməyin.

Oxatan - Saturn və Uranın münasibətləri günü çətinləşdirməyəcək. Təzyiq, təsir yoxdur. Can atdığınız, yaxud da görməli olduğunuz işlə rahatlıqla məşğul ola bilərsiniz.

Cari maraqlar və həyati məqsədləri nəzərə alın. Tələsik, vacib olmayan işlərdə tələsməyin.
Ünsiyyətdə olun, xəbər və planları bölüşün.

Dostlarla təmaslar, yazışmalar informativ baxımdan məhsuldar ola bilər. Söhbət zamanı məcrası sizi maraqlandıran istiqamətə yönəldin. Nə istədiyinizi müəyyənləşdirin, yardım və dəstəyə ehtiyac yaranarsa, çəkinməyin.

Axşam saatları ilə bağlı proqnoz pis deyil.

Oğlaq - Merkuri və Eridanın münasibətləri hisslərlə emosiyaların qaydaya salına biləcəyi yaxşı gün vəd edir.
Sizə yaxın olan insanlara diqqət yetirin, onların qayğısını çəkin.

Həmişəkindən fərqli olaraq daha məntiqli, düşünülmüş şəkildə görəcəyiniz işlərdə uğur əldə edəcəksiniz. Can atdığınız effekti əldə etmək üçün daha bir gərəkli amil səxavətdir.

Sürəkli hərəkət və gərginlik tələb etməyən məşğuliyyəti seçin.
Axşam saatlarında rahat istirahət növünü seçin.
Yaxın günlərdə effektiv çalışmaq üçün güc toplayın.

Dolça - Titan və Oberonun münasibətləri bu gün çox iş planlamağın məsləhət olmadığını göstərir. Uzun-uzadı mübahisələrlə başınızı qatmayın.

Ciddi və cari işlər varsa, diskusssiyalardan yan keçin. Vaxtdan məhsuldar çalışmaq, ünsiyyət, yazışma üçün istifadə edin. Səfər və gəzinti varsa, sabaha qədər təxirə salın. Heç nəyi mürəkkəbləşldirməyin.

Sizin üçün önəmli insanlarla münasibətlərdə yaranan mühüm anlara laqeyd yanaşmamaq şərtilə danışıqlar aparın.

Abstrakt maraqlar və istəklərdən əl çəkərək daha praktik işlərlə məşğul olun.
Ailə üzvlərinizə daha çox diqqət ayırın.

Axşam dostları evə qonaq çağırmaq olar.
Alış-verişdə məntiqli davranın.

Balıqlar - Deymos və Fobosun münasibətləri çox uzaq perspektivdə nəticələrə malik dəyişikliklər vəd edir.

İş yerini dəyişmək, köç, yaxın gələcəyinizi dəyişə biləcək söhbət üçün əlverişli gündür.
Mühüm heç nəyi təxirə salmayın. İmkan varsa, bütün önəmli işləri bu gün görün, vacib tədbirlərə qatılın.

Yorğunluq hiss etsəniz, mütləq dincəlin.
Sevdiyiniz insanlarla münasibətlərdə yaranmış problemləri axşam saatlarında həll etmiək olar. Ünsiyyət sizə həzz verəcək.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Şərh yaz:

26 Şərh:

  • Anonim
    Əli proqnoz.№ · 13 Avqust 00:0210

    BÜRCLƏR HAQQINDA--✭.✭.✭~249~✭.✭.✭-cu BÖLÜM--Günün QOROSKOPu

    Cavab yaz
  • Anonim
    Əli proqnoz.№ · 13 Avqust 00:0400

    ♈-QOÇ-♈yaxın ətrafınızdakı insanların tələblərini dinləyin. Aldığınız təkliflərlə bağlı düşünməyə dəyər.

    Cavab yaz
  • Anonim
    Əli proqnoz.№ · 13 Avqust 00:0610

    ♉-BUĞA-♉Qətiyyətli, iradəli addımlar və kəskin qərarlar zamanıdır. İntuisiyanız sizə işgüzar məsələlərin həllində tələskənliyə yol verməməyi deyir.

    Cavab yaz
  • Anonim
    Əli proqnoz.№ · 13 Avqust 00:0700

    ♊-ƏKİZLƏR-♊Bahalı əşyalar almayın, uzunmüddətli əməkdaşlıqla bağlı kiminləsə danışıqlar və müzakirələr aparmayın. Kobud səhvlərə yol verməyin.

    Cavab yaz
  • Anonim
    Əli proqnoz.№ · 13 Avqust 00:0800

    ♋-XƏRÇƏNG-♋Peşəkar fəaliyyət müstəvisində yaranan çətin problemləri həll etmək imkanları var. Sizi diqqətdə saxlayan insanlara işlərin öhdəsindən gəldiyinizi göstərin.

    Cavab yaz
  • Anonim
    Əli proqnoz.№ · 13 Avqust 00:1000

    ♌-ŞİR-♌ uğurlu anlaşma və ya sərfəli uzunmüddətli müqaviləyə nail ola bilərsiniz. Ailə üzvləri ilə təmaslarda diqqətli, qayğıkeş, həssas olun.

    Cavab yaz
  • Anonim
    Əli proqnoz.№ · 13 Avqust 00:1200

    ♍-QIZ-♍əlverişli emosional fonu olan gündür. Əhvalınız pis olmayacaq. Ən çətin situasiyalarda belə, ruhdan düşməyin, nikbin qalın

    Cavab yaz
  • Anonim
    F · 13 Avqust 00:1310

    Bu dunenki garaskopduki

    Cavab yaz
  • Anonim
    Əli proqnoz.№ · 13 Avqust 00:1300

    ♎-TƏRƏZİ-♎ yeni romantik təmas yaşamınızda əhəmiyyətli rol oynaya bilər. Adi günlərdə müqayisədə daha çox orijinal və cəsur addımlar atın.

    Cavab yaz
  • Anonim
    Əli proqnoz.№ · 13 Avqust 00:1400

    ♏-ƏQRƏB-♏ yaxşı xəbərlər alacaqsınız. Son vaxtlar nigaran qaldığınız insandan sizi sevindirəcək məlumat gələcək.

    Cavab yaz
  • Anonim
    Əli proqnoz.№ · 13 Avqust 00:1500

    ♐-OXATAN-♐neytral gündür. Hadisələrin inkişaf məcrası sizdən və davranışınızdan asılıdır. Planetar məqamların duruma təsiri olması barədə marazmatik iddialara inanmayın.

    Cavab yaz
  • Anonim
    Əli proqnoz.№ · 13 Avqust 00:1800

    ♑-OĞLAQ-♑Yaxın ətrafınızdakı insanların dedikləri kimi yox, öz bildiyiniz kimi hərəkət edin. Peşəkar fəaliyyət müstəvisində dəyişikliklər və şəxsi həyatda yeniliklər zamanıdır.

    Cavab yaz
  • Anonim
    Əli proqnoz.№ · 13 Avqust 00:1900

    ♒-DOLÇ A-♒ Axşam saatlarına yaxın əhvalınız pozula bilər. Zərərli vərdişlərdən birindən imtina edin, tamahınıza kölə olmayın. Sadə və faydalı qidalarla kifayətlənin.

    Cavab yaz
  • Anonim
    Əli proqnoz.№ · 13 Avqust 00:2400

    ♓-BALIQ-♓ etibarlı tərəfdaşla yeni işə başlamaq olar. Qəfil səfər xərclərə səbəb olacaq. Amma xeyli xoş emosiyalar alacaqsınız ki, bu da sərf olunan pula dəyər.

    Cavab yaz
  • Anonim
    Esra İbrahimli (Şamaxı) · 13 Avqust 01:0170

    Sabahınıź uqurla açılsın əziz şərhçilər. .

    Cavab yaz
    • Anonim
      Samaxili · 13 Avqust 10:2811

      Salam sabahin xeyir yerli

      Cavab yaz
      • Anonim
        Esra İbrahimli (Şamaxı) · 13 Avqust 11:0911

        Hər vaxtinz xeyir olsun.Yerli..

        Cavab yaz
  • Anonim
    ... · 13 Avqust 01:1720

    Bir nefer var onun ucun yaman darixmiwaaaaaaaaaammmm:(

    Cavab yaz
    • Anonim
      ....? · 13 Avqust 10:3710

      Rayondadı gələr səbr et məndə onun üçün darıxıram.

      Cavab yaz
  • Anonim
    KECEL HEMZE · 13 Avqust 05:1800

    HAMIYA SALAMLAR!!

    Cavab yaz
    • Anonim
      kserks · 13 Avqust 15:4310

      Atam Həmzəyə salam olsun!

      Cavab yaz
  • Anonim
    Nara · 13 Avqust 10:0001

    Salamlar....Cox gozel.demeli bu gun qoclara dincelmek tovsiye olunur.

    Cavab yaz
  • Anonim
    ağca · 13 Avqust 16:1510

    gündəlik bürcləri təzələyin,ayıbdır.Bu ayın 12-si -nin bürcüdür

    Cavab yaz
  • Anonim
    Deniz · 13 Avqust 17:0501

    Cavab yaz
  • Anonim
    Deniz · 13 Avqust 17:0801

    Cavab yaz
  • Anonim
    Deniz · 13 Avqust 17:0801

    Salamlar

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.