Texnologiya

İki milyardıncı "iPhone" satıldı

23 Sentyabr 2021 21:00
0 Şərh     Baxış: 1 200
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ-ın "Apple" şirkəti 2 milyardıncı "iPhone" smartfonunu satıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə "Asymco" analitika agentliyinin hesabatında deyilir.

Qeyd olunur ki, 2 milyardıncı smartfon bu həftə satılıb.

Hesabata əsasən, hazırda bütün dünyada 1 milyard nəfərdən çox "iPhone" istifadəçisi var. Ümumilikdə, smartfon istifadəçilərinin (3,8 milyard nəfər) 26 faizi "iPhone" istifadəçisidir.

Qeyd edək ki, "Apple" 1 milyardıncı "iPhone"u 2016-cı ilin iyulunda satmışdı.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.