Texnologiya

"WhatsApp"a elə funksiya gəlir ki... - "Bax, amma, sil" deməyə gərək qalmayacaq...

4 Avqust 2021 14:14
0 Şərh     Baxış: 5 201
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"WhatsApp" messencerində yeni funksiya işə salınır.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə messencerin sahibi olan "Facebook" şirkətindən bildiriblər.

Yeni funksiyaya əsasən, messencerdə göndərilən foto və videolar bir dəfə baxıldıqdan sonra yazışmadan avtomatik silinəcək.

İstifadəçinin göndərdiyi foto və ya video fayl digər istifadəçi tərəfindən baxıldıqdan sonra onun yerində "Baxıldı" yazısı peyda olacaq. Bunun üçün "Bir dəfə baxmaq" ("View once") funksiyasını işə salmaq kifayət edəcək.

Bu funksiyanın yaxın günlərdə hər kəs üçün işə salınacağı bildirilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.