Texnologiya

Samsung The Serif - Sənət əsəri kimi televizor

2 Aprel 2021 12:50
Baxış: 1 690
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Samsung The Serif, müasir texnologiya və incəsənəti özündə birləşdidərək, televizor haqqında olan təsəvvürümüzü tam dəyişdirən məhsulun təcəssümüdür. The Serif hər tərəfdən zərif görünüşə malik olub, təkcə yüksək texnoloji bir televizor deyil, həm də interyer əşyasıdır. Evinizin görkəmini dəyişdirmək üçün dizayn edilmiş bu televizor, stol, rəf və ya döşəmədə üzərində quraşdırılmasından asılı olmayaraq, istənilən interyeri bəzəyəcək, 360° dizayna malikdir.  Həqiqi sənət əsəri tək, dayadaq və ya dayaq olmadan quraşdırılan The Serif, həyat tərzinizə axarı şəkildə uyğunlaşaraq, məkan daxili dizayna zövq qatacaqdır.

Sözü gedən bu televizor özünəməxsus görünüşünü Fransız sənaye dizaynerləri Ronan və Ervan Bouroullec-ə borcludur. İngilis hərfi "I", The Serif-in digər müasir televizorlardan fərqləndirən dizaynının simvoludur. Belə cəlbedici və qeyri-adi dizayn sayəsində televizor hətta iF Design mükafatı ilə təltif edilmişdir. Beləliklə, Parisdə yerləşən Bouroullec studiyası müxtəlif dizayn işləri ilə məşhurdur, bu səbəbdən burada işıq üzü görən The Serif, istənilən interyerin incisinə çevrilərək, sahibinin cəsarətli və yenilikçi tərzini incə şəkildə vurğulayır. Sözü gedən televizor həm də çox əl verişlidir, belə ki, The Serif-in üzərinə xırda suvenirləri, bitki dibçəklərini və ya foto çərçivələri düzərək, onu kiçik bir rəf kimi istifadə edilə bilərsiniz.

Televizorun korpusu sərt plastikdən hazırlanıb, hamar üst və alt hissəyə malikdir. Bu hissədə yerləşən NFC qoşulma nöqtəsindən Tap View funksiyasının köməyi ilə istifadə edərək smartfonun yalnız bir toxunuşla televizorla bağlantı yarada bilərsiniz. Mobile Mirroring texnologiyası isə dərhal mobil cihazın interfeysini The Serif-in geniş ekranına köçürür. Burada həm də iPhone, iPad və ya Mac sahiblərinə smartfonun bütün imkanlarından televizorda istifadə etməyə imkan yaradan AirPlay 2 dəstəklənir.

The Serif istənilən yöndən gözəldir, belə ki televizorun arxa hissəsində, kabel və qoşulmaları səliqəli şəkildə "gizlədən", korpusun rənginə uyğun zövqlü plastik örtük istifadə edilib. Bu səbəbdən televizor otağın istənilən hissəsində, dolaşıq kabellər olmadan, quraşdırıla bilər.

The Serif qürurla "interyer" televizoru adını daşıyaraq, hətta istifadə olunmasa belə, Ambient + rejimi sayəsində istənilən otağı bəzəyir. Beləliklə, bu rejimdə televizor arxa divar üzərində yerləşən görüntüyə və rəngə uyğunlaşaraq, onu ekranda əks etdirir.  Gözləmə rejimində The Serif yaddaşa yüklənmiş şəkilləri, məşhur əsərlərin reproduksiyalarını və ya vaxt, tarix və hava kimi aktual məlumatı ifadə edə bilir. Adi sənət əsərlərinə əlavə olaraq The Serif-in xüsusi seçimi mövcuddur ki, bunlardan ən maraqlısı və qeyri-adisi "Palette by Bouroullec"-i qeyd etmək olar. Beləliklə, sözü gedən bu rejimdə televizor abstrakt dalğalar nümayiş edir.

The Serif-in QLED seriyasının təmsilçisi olduğunu əsas tutaraq, onun heyrətamiz təzadlığa və 100% rəng əhatəsinə sahib olduğunu qeyd etmək gərəkdir. Belə ki, Quantum Dot texnologiyası burada doğun rəng çalarlarının ifadə edilməsini və 400 nitdən daha yüksək dinamik diapazon çərçivəsində parlaqlığı təmin edir. Süni zəka üzərindən işləyən Samsung prosessoru isə avtomatik olaraq məzmunu yaxşılaşdıraraq, itirilən məlumatları əlavə edir, görüntü dəqiqliyini və təzadlığını artırır. Həmçinin, quraşdırılmış sensorlar sayəsində ətraf mühitin işıqlandırılmasından asılı olaraq  ekran parlaqlığını tənzimləyən The Serif ən rahat izləmə təcrübəsini təqdim edir.

Həmçinin televizor yüksək səviyyəli səs ötürülməsini dəstəkləyit. 40W gücünə malik, quraşdırılmış dinamiklər səs və effektlərin standart səviyyədə aydın şəkildə ifadə olunmasına kömək edir. Əlavə olaraq, AVA (Active Voice Amplifier) ​​texnologiyasından istifadə edərək The Serif fon səs-küyünün səviyyəsini ölçür və lazım olduqda ekrandakı əsas personajların dialoqlarının aydınlığını artırır.

Samsung The Serif televizorları haqqında ətraflı məlumatı Baku Electronics, Irşad Electronics, Kontakt Home, Maxi.Az, Soliton, Optimal və World-Telecom mağazalar şəbəkəsindən əldə edə bilərsiniz.

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.