Texnologiya

Samsung AirDresser - qarderobunuza yeni baxım dövrünü bəxş edir

4 Dekabr 2020 10:00
Baxış: 1 541
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Moda dövri xarakter daşıyır və təkrarlanmağa meyllidir, bu səbəbdən geyimlərinizin sizə uzun müddət xidmət etməsini təmin etmək çox vacibdir. Çünki, ən nəfis geyim belə, qulluq qaydalarına əməl edilmədiyi halda öz cazibəsini itirə bilir. Belə ki, qarderobumuzda yer alan bəzi əşyalar quru təmizləmə tələb edir, lakin bu xidmətdən tez-tez istifadə etmək büdcəmizə zərər vura bilir. Samsung, qeyd edilən problemləri nəzərə alaraq, müasir həll yolu təqdim edir və  geyim baxımında yeni bir dövrün başlamasını elan edir. Belə ki, istehsalçının təqdim etdiyi xüsusi AirDresser buxar şkafı, paltarlarınızı uzun müddət əla vəziyyətdə saxlamağa kömək edəcəkdir. Kostyumlarınızın hər zaman səliqəli görünməsini, şifon paltarınız qüsursuz ütülənməsini və uşaq geyimlərinin hər zaman dezinfeksiya olnumasını istəyirsinizsə,  bu halda AirDresser sizə lazım olan tək şeydir.

Qoxuları zərərsizləşdirmək, qırışları açmaq və paltarlarınızı qurutmaq üçün güclü buxar və hava axınından istifadə edərək, AirDresser ev şəraitində geyimlərinizə kompleks üsullu baxım təqdim edir. Əvəz olunmaz köməkçiniz olan bu buxar şkafı öz incə silueti sayəsində, həmdə unikal interyer elementi rolunu oynayır.  AirDresser futuristik kabinanı xatırladaraq, asanlıqla soyunma otağı və ya qarderob şkafına yerləşdirilə bilir,  qoşulmaq üçün isə yalnız elektrik enerjisinə çıxış tələb olunur. Şkafın içi müxtəlif rəflər, "ciblər", eləcə də Air Hangers adlanan asılanlar ilə təchiz edilmişdir. Xüsusi dəliklər sayəsində hava birbaşa asılqanların içərisindən keçərək, güclü buxar axını sistemi ilə birlikdə geyimləri içəridən çölə, iki istiqamətə - yuxarıya və aşağıya doğru tam şəkildə havalandırır. Bu cür sistem, demək olar ki, səssiz və titrəmə olmadan işləyərək, parça liflərinə hətta ən dərindən hopmuş tozları belə effektiv şəkildə təmizləyir. Bundan əlavə, buxar şkafı paltarlarınız üçün güclü dezodorator funksiyasını da icra edə bilir, belə ki, AirDresser istənilən qoxuları tər və tüstü qoxuları daxil olmaqla 99% -ni aradan qaldırmağa qadirdir. Həmçinin, AirDresser's Fragrance Kit ilə paltarınıza istədiyiniz ətri əlavə edə bilərsiniz.

Əlavə olaraq, buxar şkafı geyimləri qurudur və  səliqəsiz qırışları aradan qaldırır. Burada paltarların ütüləməsi üçün güclü buxarla işlənməsi ilə yanaşı, paltarların mexaniki zədələnməsini əhəmiyyətli dərəcədə azaldan üsulla geyimlərin qurudulması təmin olunur. Beləliklə, iki texnologiyanın: yuxarı hissədə - JetAir hava axınının və aşağıda - HeatPump nasosunun koordinasiyalı işi sayəsində şkafın içərisində "düzgün" hava sirkulyasiyası təmin edilir və bu da paltarınızı bərabər şəkildə qurutmağa kömək edir.

Günümüzdə təmizliyi qorunub saxlanması və geyim üzərindəki mikrobları zərərsizləşdirməsi  bir çoxları üçün ən vacib məqamlardan biridir. Qərbdə "New Normal" adlanan yeni yaşam tərzi, sadə gigiyena qaydalarına riayət edərək özümüzü və yaxınlarımızı qorumağa kömək edir. Burada gündəlik geyindiyimiz paltarların düzgün dezinfeksiya edilməsi xəstəlik riskinin azaldılmasında əsas rol oynayır, belə ki, AirDresser istifadə olunan güclü buxar virus və bakteriyaların 99.9% -ni yox edən "dezinfeksiya dövrü" ilə təchiz edilmişdir.

AirDresser-in əsas üstünlüyü ondan ibarətdir ki, Samsung istehsalı olan bu buxar şkafı istifadəçilərə geyim qulluğunu müstəqil şəkildə həyata keçirməyə imkan yaradır. Belə ki, uşaqlarınızın futbol formasına və ya xüsusi hazırlanmış kostyumlara qulluğun təmin edilməsində  AirDresser gündəlik həyatınıza əla bir əlavə olub, ehtiyac duyduğunuz zaman qarderobunuza təravət vermək üçün yaradılmışdır.

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.