Texnologiya

Əllərini az yusan "ağıllı" saat titrəməyə başlayacaq - "Apple"dan koronavirusla bağlı proqram yenilikləri - FOTO

23 İyun 2020 13:24
Baxış: 2 500
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Apple" şirkəti öz məhsullarına koronavirusla bağlı bir sıra yeniliklər əlavə edib.

Milli.Az Nyu-York Post-a istinadla xəbər verir ki, şirkətin ötən gün yaydığı açıqlamada istifadəçilərin öz emojilərini düzəldərkən maska stikerindən istifadənin mümkün olacağı bildirilir.

Həmçinin, Apple-nin qol saatlarından istifadə edən şəxslərə gün ərzində müəyyən saatdan bir əllərini yuması ilə bağlı bildiriş xarakterli xəbərdarlıq ediləcək.

Bundan başqa, "ağıllı" qol saatı üzərinə yerləşdirilən mikrofon sayəsində sahibinin əllərini yuduğunu biləcək və ekranda "əla, təşəkkür edirəm" tipli yazı görünəcək. Əgər, qolunda saat olan şəxs əllərini 20 saniyədən az müddətə yuyarsa "Apple Watch" titrəməyə başlayacaq.

Bəxtiyar Umarlı
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.