Texnologiya

Rusiya və Yaponiya Ayda işləmək üçün robot yaradır

14 Dekabr 2019 12:14
0 Şərh     Baxış: 584
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiyanın elm istehsalat birliyi "Androidnaya texnika" yaponiyalı həmkarları "GITAI" ilə birgə Ay səthində fəaliyyət göstərmək üçün robot yaratmağı planlaşdırırlar.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə TASS agentliyinə şirkətin icraçı direktoru Yevgeni Dudorov məlumat verib.

"Yaponiyalı həmkarlarımız bizimlə eyni istiqamət üzrə düşünürlər: bu, yaxın və uzaq kosmosun mənimsənilməsi üçün robot texnikası komplekslərinin plana uyğun inkişafıdır. Onlar və biz, ilkin məqsəd olaraq, Ayda işləmək və faydalı funksiyaları yerinə yetirmək üçün sözügedən kompleksləri yaradırıq", - Yevgeni Dudorov bildirib.  

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.