Texnologiya

"iPhone" 18 yaşlı oğlanın həyatını xilas etdi - FOTO

12 Dekabr 2019 13:49
2 Şərh     Baxış: 4 078
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"iPhone" sayəsində yeniyetmənin həyatı xilas edilib.

Milli.Az xarici mətbuata istinadla xəbər verir ki, ABŞ-da yaşayan 18 yaşlı Gael Salcedo adlı şəxs "iPhone" smartfonu sayəsində həyatda qalıb.

Belə ki, avtomobili çaya düşən yeniyetmə sudan çıxmaq üçün çalışsa da, əlindən heç nə gəlməyib. Anidən "Siri"yə "Siri, Fövqəladə hallardan kömək istə", - deyə qışqıran oğlan qısa zamanda hadisə yerinə gələn xilasetmə dəstəsinin köməkliyi ilə çaydan çıxarılıb.

"Birdən hər yer bulanıq görünməyə başladı. Özümü itirdim. Telefonumu da tapmırdım. Bu anda birdən "Siri"ni çağırıb, ondan yardım istədim", - deyə Gael Salcedo mətbuata açıqlamasında söyləyib.

Qeyd edək ki, Siri "Apple"nin iOS əməliyyat sistemi üçün nəzərdə tutulmuş fərdi ağıllı assistent və naviqasiya proqramıdır. Gael Salcedo "iPhone" sayəsində həyatı xilas edilən ilk insan deyil. Buna bənzər hadisələr dəfələrlə baş verib.

İsmayıl
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.