Texnologiya

Astronomlar nəhəng planet aşkar ediblər

29 Noyabr 2019 20:39
0 Şərh     Baxış: 1 026
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Astronomlar tərəfindən planetlərin yaranması nəzəriyyəsinə uyğun olmayan qeyri-adi nəhəng planet aşkar edilib. Yerdən 30 işıq ili məsafədə yerləşən yeni planet Yupiterə bənzəyir və kiçik "qırmızı cırtdan" ətrafında fırlanır.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu planetin ölçüsü ətrafında fırlandığı ulduzuna nisbətdə daha böyükdür. Əvvəllər isə yalnız kiçik planetlərin "qırmızı cırtdanlar"ın ətrafında fırlana biləcəyi güman edilirdi.

Günəş kütləsi Yupiterin kütləsindən 1050 qat daha böyükdürsə, GJ 3512b adlandırılan bu planet GJ 3512 adlı öz cırtdan ulduzundan 270 dəfə böyükdür.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.