Texnologiya

Facebook yeni loqotipini təqdim etdi - FOTO

5 Noyabr 2019 11:40
0 Şərh     Baxış: 1 039
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dünyanın ən böyük sosial şəbəkəsi olan "Facebook" loqotipini dəyişib. Ancaq qeyd edək ki, sosial şəbəkənin rəsmi loqotipi əvvəlki kimi görünəcək.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, Mark Zukerberqin korporasiyasının yeni loqotipində bütün hərflər böyük hərflə yazılıb və şrift xüsusi hazırlanıb. Buna baxmayaraq, yeni loqotip çox adi görünür.

Yeni loqonun gif versiyasında "Facebook" sosial şəbəkəsinə daxil olan "Instagram", "WhatsApp", "Osulus" və digər şirkətlərin rəng çalarları görünür. Belə ki, burada mavi ("Facebook"un özü), göy qurşağının narıncı-bənövşəyə çalarları ("Instagram"), yaşıl ("WhatsApp") rənglər diqqət çəkir.

Rəsmi olaraq, yeni loqotip yaxın gələcəkdə sənədləşmə və marketinq materiallarında da istifadə olunmağa başlanacaq.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.