Texnologiya

Facebook on minlərlə proqramı blokladı

26 Sentyabr 2019 09:41
0 Şərh     Baxış: 567
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dünyanın ən böyük sosial şəbəkəsi olan Facebook məlumat itkisi ilə bağlı qalmaqaldan sonra on minlərlə proqramı bloklayıb.

Milli.Az teleqraf.com-a istinadən xəbər verir ki, son ildə Facebook dəfələrlə istifadəçi məlumatlarının itkisi ilə bağlı qalmaqalların mərkəzində olub. Məsələn, Britaniyanın "Cambridge Analytica" analitik şirkəti Facebook-un 87 milyondan çox istifadəçisinin məlumatını qanunsuz toplayıb. Şirkət bu informasiyadan seçicilərin siyasi maraqlarının öyrənilməsi məqsədilə istifadə edərək onlara müvafiq reklam nümayiş etdirib.

Bu hadisə ilə əlaqədar olaraq Facebook şirkəti 400 tərtibatçının on minlərlə proqramını bloklayıb. Şirkət istifadəçilərin fərdi informasiyasına girişə malik olan sosial şəbəkəyə yüklənmiş təxminən 1 milyon proqramı yoxlayıb. Bundan başqa, Facebook administrasiyası istifadəçilərin müraciətini də nəzərə alır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.