Texnologiya

Ayın üçölçülü modeli yaradılıb

16 Sentyabr 2019 20:54
0 Şərh     Baxış: 591
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ-ın Aeronavtika və Kosmik Tədqiqatlar Milli Agentliyi (NASA) Ayın ətraflı və dəqiq modelinin yaradılması üçün bütün arzu edənlərə yükləyərək istifadəyə imkan verən iki xəritə hazırlayıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, qeyri-adi peyk modeli "Lunar Reconnaissance Orbiter" (LRO) planetlərarası avtomatik stansiyasının 10 il ərzində topladığı məlumatlar əsasında hazırlanıb. O, peykin şəkillərini çəkməklə saniyədə 1,5 km sürətlə hərəkət edir. Bu halda işıq mənbəyi 150 milyon km məsafədə yerləşir, bütün Ay səthinin isə xəritə üzərinə topoqrafik baxımdan dəqiq köçürülməsi tələb olunur.

Bildirilir ki, skaner kimi işləyən "LRO" stansiyası kosmik gəminin Ay səthi üzərində hərəkətindən istifadə edərək şəkilləri sətir-sətir sıralayır. Lazer impulsları Ayın ölçüsünün müəyyənləşdirilməsi üçün istifadə olunur. Onlar Ay səthinə çatır və kosmik gəmidə əks olunurlar. Daha sonra aparat şüanın qaytarılması üçün tələb olunan vaxtı ölçməklə Ay topoqrafiyasını hesablayır.

"LRO" stansiyasının məlumat və təsvirlərindən istifadə edən NASA mütəxəssisləri Ayı misli görünməmiş ətraflı şəkildə canlandırıblar. Layihənin məqsədi "NASA" məlumatlarından 3D dizaynerlər üçün istifadəyə şərait yaratmaqdan ibarətdir. Ayın dəqiq topoqrafiyası, həmçinin gələcək missiyaların daha təhlükəsiz enişinə hazırlıq üçün tələb olunur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.