Texnologiya

Yeni "iPhone" modellərinin təqdim olunacağı tarix açıqlandı - FOTO

30 Avqust 2019 14:24
0 Şərh     Baxış: 1 740
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dünyanın ən bahalı və məşhur şirkəti "Apple" yeni məhsullarını təqdim edəcəyi tarixi açıqlayıb.

Milli.Az Apple Insider-ə istinadla xəbər verir ki, təqdimat sentyabr ayının 10-da, ABŞ-ın Kaliforniya ştatının Kupertino şəhərindəki Stiv Cobs salonunda baş tutacaq. Salonda iPhone 11, iPhone 11 Pro və iPhone 11R modelləri təqdim ediləcək.

Həmçinin, Apple Watch 5 və Mac komputerləri də nümayiş olunacaq.

Qeyd edək ki, iki gün əvvəl "Apple" şirkəti Siri proqramı vasitəsi ilə istifadəçilərinin səslərinin qeydə alındığına görə üzr istəyib.

Bəxtiyar Umarlı
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.