Texnologiya

ABŞ lideri "Huawei" barədə növbəti açıqlamasını verib

19 Avqust 2019 16:39
0 Şərh     Baxış: 632
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ prezidenti Donald Tramp "Huawei" şirkətinə verilmiş müvəqqəti lisenziyanın vaxtının uzadılmayacağını və möhlətin verilməyəcəyini, eləcə də onunla heç bir iş qurulmayacağını bildirib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, prezident bu barədə "CNBC" telekanalına müsahibəsində deyib.

"Çox güman ki, biz onlarla heç bir iş həyata keçirməyəcəyik, mən, ümumiyyətlə, bunu istəmirəm", - deyə Tramp vurğulayıb.

Trampın sözlərinə görə, bu Çin şirkəti ABŞ-ın milli təhlükəsizliyinə qarşı təhdiddir.

Qeyd edək ki, şirkətə verilmiş lisenziyanın müddəti avqustun 19-da bitir.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.