Texnologiya

Facebook-un süni zəka texnologiyası poker oyununda professional oyunçulara qalib gəlib

13 İyul 2019 15:54
0 Şərh     Baxış: 718
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Facebook şirkəti Karnegi-Mellon Universiteti ilə birlikdə süni zəka texnologiyasına sahib Pluribus adlı bot yaradıblar.

Milli.Az Technote-a istinadən xəbər verir ki, həmin bot isə limitsiz holdemdə (pokerin ən məşhur növü) professional oyunçulara qalib gəlib. Bu barədə Macdigger saytı xəbər verib. Bu cür süni zəka botunu yaratmaq çox qəlizdir. Çünki şahmatdan fərqli olaraq pokerdə gizli məlumat var. Söhbət, rəqiblərin kartlarından gedir.

Pluribus adlı bot isə öz rəqiblərinin hansı kartlara sahib olduqlarını təyin etməyə çalışıb. Sözügedən bot ilə müxtəlif vaxtlarda World Series of Poker-in iki qalibi yarışıb. Qeyd etmək lazımdır ki, bu, qeyri-rəsmi şəkildə ən nüfuzlu poker çempionatıdır. Alqoritm öz rəqiblərinə müxtəlif formatlarda qalib gəlib: 5 süni zəka botu və 1 real oyunçu, 5 real oyunçu və 1 süni zəka botu.

Pluribus botu Libratus adlı botun daha təkmilləşdirilmiş versiyasıdır. Bir neçə il bundan öncə isə Libratus təkbətək oyunlarda öz rəqiblərinə qalib gələ bilirdi. Botun yeni versiyası isə oyun zamanı 128 GB-dan daha aşağı yaddaş göstəricisindən və iki qrafik prosessordan istifadə edir. Facebook-un məlumatına əsasən indiki mərhələdə bu bot eyni anda bir neçə professional poker oyunçusuna qalib gələ bilər.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.