Texnologiya

“Facebook” öz kriptovalyutasını yaradacaq

18 İyun 2019 15:41
0 Şərh     Baxış: 559

"Facebook" şirkəti 2020-ci ildə özünün kriptovalyutasını dövriyyəyə buraxmağı planlaşdırır.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, "Libra" adını daşıyacaq kriptovalyuta ilə "Facebook Messenger", "WhatsApp" və bu valyuta üçün xüsusi yaradılacaq proqram vasitəsilə əməliyyatlar aparmaq mümkün olacaq.

Şirkətdən bildiriblər ki, kriptovalyuta blokçeyn texnologiyası əsasında dövriyyəyə buraxılacaq.

Bir müddət əvvəl məlumat verilmişdi ki, "Visa", "Mastercard", "PayPal" və "Uber" "Facebook"un yaradacağı kriptovaluyutanın idarə olunması üçün konsorsiumun təsis olunması üçün 10 milyon dollar vəsait qoymağa hazırdır.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.