Texnologiya

“WhatsApp”da yeni dələduzluq - Ehtiyatlı olun

15 İyun 2019 08:50
0 Şərh     Baxış: 4 826
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Kibercinayətkarlıqla mübarizə üzrə mütəxəssislər "WhatsApp" istifadəçilərini ehtiyatlı olmağa çağırıblar.

Belə ki,bu şəbəkədə yeni dələduzluq növü peyda olub. Kibercinayətkarlar istifadəçilərə messencerin 10 illiyi münasibəti ilə pulsuz terabayt hədiyyə edilməsi barədə ismarış göndərirlər. Pulsuz terabaytdan istifadə etmək üçün istifadəçi verilmiş səhifəyə daxil olub, bir neçə suala cavab verməli və bu səhifəni 30 dostuna ötürməlidir.

ESET mütəxəssisləri müəyyən ediblər ki, sorğunu fişinq saytı həyata keçirir və istifadəçilərin  şəxsi məlumatlarını əldə etmək məqsədi daşıyır. Fırıldaqçılar "Adidas", "Nescafe" və "Rolex" kimi məşhur brendlərin adlarından təkliflər təqdim edərək, birdəfəyə bir neçə zərərli kampaniya həyata keçiriblər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.