Texnologiya

Daha bir məşhur şirkət “Huavey”dən imtina etdi

23 May 2019 20:29
0 Şərh     Baxış: 743
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yaponiyanın "Panasonik" şirkəti Çinin "Huavey" kompaniyası ilə əlaqələrini dayandırıb.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, əlaqələrin dayandırılmasına səbəb kimi "Huavey"ə qarşı tətbiq edilən ABŞ sanksiyaları göstərilib. "Panasonik" "Huavey"ə məhdud sayda bir sıra komponentlər verdiyini və indi qəbul etdiyi qərarın şirkətə böyük zərər vurmayacağını bildirib.

Qeyd edək ki, bundan öncə ABŞ şirkətlərinin "Huavey"lə əməkdaşlığının qadağan edilməsindən sonra Quql bu markalı telefonların "Android" sistemi ilə təminatını dayandırıb.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.