Texnologiya

Samsung Galaxy A30 - Əla funksionallığa sahib heyrətamiz smartfon

18 May 2019 10:00
Baxış: 1 168
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yeni təqdim edilmiş Galaxy A model xəttini təmsil edən smartfonlar arasında hər kəs istəyinə uyğun cihaz tapa bilər. Məsələn, Galaxy A 30 incə dizayn və multifunksionallığın təcəssümüdür.

Smartfon 158,5х74,7х7,7 mm olan optimal qabaritlərə sahibdir, onun çəkisi isə 165 qramdır. Qeyd edilən meyarlar baxımından smartfon istifadədə çox rahat və komfortludur.

Galaxy A30 üzərində "damla" şəkilli çıxıntıda frontal kameranın yer aldığı incə çərçivəli "sərhədsiz" Infinity-U displeyi ilə təchiz olunub. 6,4" Super AMOLED Full HD+ displey sizə sevimli kontentinizin abu havasına dalmağa imkan yaradır.

Galaxy A30 arxa hissəsində iki modullu kamera yerləşdirilmiş, eni 7.7 mm təşkil edən incə və davamlı korpus ilə fərqlənir.  Burada əsas modul kimi 16MP və f/1,7 aperturalı sensor, ikinci kamera qismində isə 123 dərəcə baxış bucağı olan geniş bucaqlı  5MP matrisa və f/2,2 optikalı obyektiv istifadə edilib.   Galaxy A30 süni zəka texnologiyası sayəsində 19 fərqli süjet əsasında kadrda yerləşən obyektləri təyin edərək, dolğunluq, ağ rəng balansı və parlaqlıq kimi təsvir göstəricilərini tənzimləyir.  Həmçinin, burada "Qüsurların təyin edilməsi" funksiyası nəzərdə tutulmuşdur ki, onun köməyi ilə kadrda "göz qırpma",  yayılma və "qaranlıq simalar" kimi şəkil nöqsanlarını təyin edib aradan qaldırmaq mümkündür. Galaxy A30 korpusunun  arxa hissəsində barmaq izi skaneri və smartfonun zərif və premium görünüşünü tamamlayan səliqəli "flash" yerləşir.

Cihazın 16 MP-lik frontal kamerası sizi yüksək təzadlı əla selfilər ilə təmin edəcəkdir. İncə yayılma effektli selfi-fokus sayəsində ətraf fon deyil, məhz siz daim diqqət mərkəzində olacaqsınız. Həmçinin, telefonun kilidini açmaq üçün indi sadəcə smartfonu üzünüzə yaxın gətirməniz yetərlidir. Beləliklə, "Face recognition" funksiyası ilə sizin şəxsi məlumatlarınız daim mühafizə altında olacaq.

4000 mAh həcmi olan akkumulyator gün ərzində smartfon istifadəsindən həzz almağa imkan yaradacaq.  15 Vt gücünə malik sürətli yükləmə isə dinamik həyatınızın ritminə uyğun yaşamağa kömək edəcək.

Smartfonda 3QB RAM və MicroSD kart vasitəsi ilə 512 QB qədər artırıla bilən 32 QB  daxili yaddaş nəzərdə tutulub. Qeyd edək ki, model 3 yuvalı slot ilə təchiz olunub ki, bunlardan ikisi SİM kart, digəri isə yaddaş kartının quraşdırılması üçün istifadə olunur. Həmçinin, Galaxy A30 cihazı daha funksional edən və bir neçə məsələni eyni anda icra etməyə kömək edən səkkiz nüvəli Exynos 7904 çipseti ilə təchiz olunub.

Qeyd edək ki, smartfon artıq yerli bazarda mövcuddur və qiyməti 499 AZN təşkil edir.

Galaxy A xəttinin smartfonları haqqında ətraflı məlumatı Baku Electronics, Irshad Electronics, Kontakt Home, Maxi.Az, Soliton və Optimal mağazalar şəbəkəsindən əldə edə bilərsiniz.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.