Texnologiya

WhatsApp-la sizi güdə bilərlər - XƏBƏRDARLIQ

14 May 2019 09:24
5 Şərh     Baxış: 7 807

WhatsApp messencerinin sistemində olan ciddi boşluq hakerlərin istifadəçiləri güdmək üçün onların telefonlarına ziyanverici proqramlar yazmasına imkan verib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu haqda mobil messencer xidmətinin rəsmisi BBC-yə açıqlama verib.

Kiberhücumun kütləvi hal almadığı, yalnız "seçilmiş istifadəçilərin" ona məruz qaldığı bildirilir. "Facebook"un sahib olduğu messencerin texniki şöbəsi boşluğu yalnız cümə günü aradan qaldıra bilib.

"Financial Times"ın yazdığına görə, virtual hücum İsrailin "NSO Group" təhlükəsizlik şirkəti tərəfindən təşkil olunub.

Bazar ertəsi, "WhatsApp"  ehtiyat tədbiri olaraq 1,5 milyard istifadəçisini tətbiqi yeniləməyə çağırıb.

Hücumun ayın əvvəli qeydə alındığı və bu barədə Amerikanın hüquq mühafizə orqanlarının və təhlükəsizlik ekspertlərinin məlumatlandırıldığı bildirilir.

Deyilənə görə, gizli müdaxilə aşağıdakı kimi olub:  seçilmiş istifadəçinin telefonuna WhatsApp zəngi gəlib. İstifadəçi "dəstəyi qaldırmasa" belə onun mobil telefonuna zərərli proqram yazılıb.

Həmin haker proqramı istifadəçinin hərəkətlərini smartfonun kamerası ilə güdməyə imkan verib. Həmçinin kibercinayətkarlar mikrofonla danışıqlarını dinləyə biliblər.

Milli.Az

loading...

Şərh yaz:

5 Şərh:

  • Anonim
    Castel · 14 May 09:3920

    Təzə bilmisdiniz. Ele Tələfon rəhberindeki adları və nomrələride alırlar. Yadınızda saxlayın. İndiki təknolojiya ilə bir insanin botov həyati 1 günde bərbat eləməq olar.... Aqilli tələfonlarin hamsi tupoy du aqilli yox !

    Cavab yaz
    • Anonim
      asi · 14 May 10:1122

      Tupoy niyə olur ki?? Elə ağıllıdır ki, insanları özünə bağlı edib).. "Tupoy insandır", deyərdim, amma yenə də insanıq, o ağıllı telefonu yaradan insan...

      Cavab yaz
    • Anonim
      A · 14 May 10:2020

      Duz deyirsiz heyf deyil adi duymeli kohne telefonlar

      Cavab yaz
  • Anonim
    ~~~ · 14 May 10:3761

    Hakerlər elə məəttəIdi bizdən.Neynirlər dunyanın harasındasa yaşayan,tanınmayan məni ki,mesaj,zənglərimi də güdələr.Məşhurlara, tanınmışlara aiddi yəqin bu izləmələr.

    Cavab yaz
  • Anonim
    Elmar · 16 May 13:2900

    Hələ TELEVİZOR-lar da GÖSHTƏRİR !!! @ !!!

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.