Texnologiya

Feysbukdan maraqlı YENİLİK: Gizli eşq funksiyası...

2 May 2019 19:44
0 Şərh     Baxış: 1 612
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Feysbukda yeni xidmət istifadəyə veriləcək.

Milli.Az Redaktor.az-a istinadən xəbər verir ki, yeni xidmət "Gizli eşq" adlanır. Məlumata görə, bu xidmət sayəsində oxşar xüsusiyyətlərə malik olan insanlar tanış ola biləcək. Bildirilir ki, bir istifadəçi xüsusi siyahıya 9 nəfəri daxil edə bilər.

Siyahıya daxil edilən şəxslərə bildiriş gedəcək və onlar bildirişi qəbul edərsə, tərəflər unsiyyət qura biləcək. Xidmətin üstünlüyü isə istifadəçinin dostluq siyahısında olmadan qarşı tərəfin fəaliyyətini izləyə bilməsidir.

"Gizli eşq"dən yalnız "Facebook Dating" tətbiqinə qoşulan istifadəçilər faydalana bilər. Eyniz zamanda xidmət bütün ölkələrə şamil edilməyəcək. Filippin, Vyetnam, Malaziya, Sinqapur, Laos, Braziliya, Çili, Peru, Boliviya, Paraqvay və Uruqvayda yaşayan feysbuk istifadəçiləri "Gizli eşq" yaşaya biləcək.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.