Texnologiya

"Instagram"da YENİLİK - "Bəyənmə"lər yığışdırılır

20 Aprel 2019 16:00
0 Şərh     Baxış: 1 352
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Instagram" sosil şəbəkəsi öz istifadəçilərinə bir-birilərinin paylaşımlarında olan "bəyənmə"ləri görməyi qadağan etməyin yolunu düşünür. 

Milli.Az Sputnik Azərbaycan-a istinadla xəbər verir ki, dizaynda dəyişikliyin test edilməsi barədə mobil tətbiqlər üzrə ekspert Ceyn Mançun Vonq danışıb.

Onun sözləinə görə, sosial şəbəkə çalışır ki, istifadəçilər "bəyənmə"lərə deyil, öz paylaşımlarına diqqətli olsunlar. Vonq bu dəyişkiliyin əks edildiyi fotonu öz "Tvitter" səhifəsində də paylaşıb

"Instagram" sosial şəbəkəsi isə, Vonqun paylaşdığı fotonu təsdiqləyib. Amma bildirilib ki, dəyişiklik hələ test edilmir. Buna baxmayaraq, bu dəyişikliyin yaxın zamanlarda tətbiq ediləcəyi də istisna olunmur.

Qeyd edək ki, "bəyənmə"lərin çox olması üçün bəzi istifadəçilər az qala yarışa çıxırlar. Məşhurluğa görə, istifadəçilər "bəyənmə"ləri pulla almağa, daha cəzbedici fotolar paylaşmağa çalışırlar. Eyni zamanda, bir-birini "bəyənmək" üçün qruplar yaradılır.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.