Texnologiya

Rəqəmsal texnologiyalar hansı peşələrin axırına çıxacaq?

9 Aprel 2019 13:22
0 Şərh     Baxış: 742
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rəqəmsal texnologiyaların iqtisadiyyata tətbiqi əmək bazarına ciddi təsir göstərir və bəzi peşələri sıxışdırıb çıxarır.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Avropa Komissiyasının ekspertlərinin hazırladığı məruzədə deyilir.

Məruzədə qeyd olunur ki, gündəlik işləri daha çox rəqəmsal texnologiyalar yerinə yetirəcək və nəticədə bu peşələr avtomatlaşma ilə əlaqədar olaraq yoxa çıxacaq:

"Bu peşələrə nümunə olaraq avtomobil istehsalı müəssisələrində maşın operatorları və ofislərdə kargüzarları göstərmək olar".

Bununla belə, məruzədə o da qeyd olunur ki, kompüter mühəndisləri və elm, texnika və riyaziyyatla bağlı sahələrdə mütəxəssislərə tələbat artacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.