Texnologiya

iPhone istifadəçilərinə şad xəbər

22 Mart 2019 22:34
0 Şərh     Baxış: 2 229
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

iOS sistemli mobil qurğular da "WhatsApp"ın müəssisələr üçün hazırladığı "WhatsApp Business" tətbiqindən istifadə edə biləcəklər.

Milli.Az Qaynarinfo-ya istinadən xəbər verir ki, 2018-ci ilin əvvəllərində hazır olan tətbiq "WhatsApp"ın əsas tətbiqinə çox bənzəyir. Android və noutbuklarda artıq istifadə edilən tətbiqdən yaxın vaxtlarda iOS istifadəçiləri də faydalana biləcəklər.

Qeyd edək ki, tətbiq bizneslə və ya kiçik sahibkarlıqla məşğul olanlar üçün geniş imkanlar təqdim edir. Belə ki, istifadəçilər bunun köməyi ilə müxtəlif mesajları avtomatik edə, sıralaya və avtocavab verə bilər. Bunun üçün istifadəçi müəssisəsi ilə bağlı profil yaradır, mail və şirkətin saytının ünvanını daxil edir. Tətbiq həmçinin istifadəçiyə neçə mesajın uğurla göndərildiyi barədə statistika da verir.

Milli.Az
 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.