Texnologiya

Samsung-dan yeni təkmilləşdirilmiş istifadəçi interfeysi - One UI

14 Mart 2019 10:00
Baxış: 752

Günümüzdə smartfonlar sadə kommunikasiya vasitəsi deyil, həyatımızın bir hissəsidir. Lakin, yeni flaqmanların istifadəsi getdikcə qəlizləşir, axır 10 il içində iki dəfə genişlənən displeylər isə bunu daha da çətinləşdirir. Beləliklə, yeni nəsil Samsung smartfonları Samsung Experience istifadəçi interfeysini əvəz edən One UI ilə təchiz olunmuşdurlar.

Оne UI- nin əsas məqsədi "geniş" ekranlar üzərində iş prosesinin sadələşdirilməsi və hərəkət ilə idarənin təkmilləşdirilməsidir. İnterfeys ekranı iki işləmə zonasına bölərək geniş diaqonallı ekrandan istifadə və naviqasiyanı asanlaşdırır. Burada displeyin yuxarı hissəsi kontenti gözdən keçirmək üçün, aşağı hissəsi isə smartfondan istifadə etmək üçün nəzərdə tutulub. Belə ki, bütün informasiya, fotoşəkillər və ya mətnlər ekranın yuxarı hissəsində, klaviatura, "Share" düyməsi və digər alətlər isə aşağı hissədə əks etdilir. Beləliklə, istifadəsi asanlaşan və bir əl ilə istifadəni dəstəkləyən bu interfeys "One" adlandırılıb.

Yeni One UI-nin əsas məqsədlərindən biri istifadəçini qəliz menyu keçidlərindən azad edib,  daha rahat işləmə sahəsi yaratmaqdır. Belə ki, indi tələb olunan bütün tənzimləmələr istifadəni asanlaşdırmaq üçün qruplaşdırılmış, ekran üzərində isə tələb olunan və aktual məlumatlar əks etdirilir. İnterfeys ekranda əks etdirilən məlumatın həcmini azaldaraq optimallaşdırır və istifadəçinin tələblərinə uyğunlaşdırır. Bu isə öz növbəsində, smartfonun artıq məlumat ilə yüklənməsinin qarşısını alan 'focus blocks' prinsipi üzərindən həyata keçirilir. One UI iş prinsipi əlavələrdən istifadəni də təkmilləşdirərək ekranda yalnız əməliyyatı başa çatdırmaq üçün tələb edilən funksiyaları əks etdirir. Buna misal olaraq istifadəçi nömrə yığım panelini aktiv etdikdə, sistem avtomatik olaraq bu əməliyyata aid olmayan menyu icon-larını "gizlədir", əvəzinə ekranda video zəng və ya yeni nömrə yaratmaq düymələrini əks etdirir.

Məlumat blokları və icon-ların yeni vizualizasiyası - yuvarlaq forma diqqəti detallara cəlb edir. Yeni dizayn interfeysin estetik görünüşünü yaxşılaşdırmaqla yanaşı yeni Galaxy xətitinin "yuvarlaq" dizaynına da yaraşıq qatır.

Smartfondan istifadə zamanı vizual komfort çox vacibdir, bu səbəbdən yeni One UI interfeysi istifadəçiyə uyğun tənzimləməni dəstəkləyən Night Mode rejimi ilə təchiz olunub. Bu rejimi istədiyin zaman aktiv edib parlaqlıq, təsvir tonu, təzadlıq kimi göstəriciləri istədiyiniz kimi tənzimləyə bilərsiniz. Tənzimləmənin ən asan yolu "Qürubdan Şəfəqə qədər" seçimidir ki, bunun üçün smartfonunuzun geolokasiya xidmətini aktiv etməyiniz kifayətdir. 

Qeyd edək ki, One UI istifadəçi interfeysi Galaxy xəttinin bütün yeni smartfonlarında təqdim edilib.

Milli.Az

loading...

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.