Texnologiya

DİQQƏT! İnternetə “Wi-Fi”la qoşulursunuzsa məlumatlarınız oğurlanır

11 Mart 2019 21:32
0 Şərh     Baxış: 2 708
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Belçikanın Leven Universitetinin alimlərinin məlumatına görə, "Wi-Fi" şəbəkəsinə qoşulma imkanına malik olan bütün qurğular təhlükə altındadır. Ekspertlər bildiriblər ki, bu üsulla internetə daxil olan istənilən cihaza müdaxilə mümkündür.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, 2006-cı ildən etibarən sertifikatlaşdırılmış avadanlığa quraşdırılan "Wireless Protected Access 2" (WPA-2) adlı şəbəkə təhlükəsizlik texnologiyası marşrutlayıcıları müdaxilədən qoruyur. "WPA-2" texnologiyası ən yeni şifrləmə standartlarından istifadə edir, şəbəkəyə qoşulma isə 4 mərhələdən ibarətdir. Ancaq hakerlər müdaxilə üçün "Key Reinstallation Attacks" (KRACK) proqramından istifadə edirlər. "Wi-Fi" vasitəsilə qurğuya müdaxilə etmiş hakerlər istifadəçi haqqında bütün informasiyanı, həmçinin parol və bank kartının məlumatlarını ələ keçirə bilərlər.

"Google" və "Apple" kimi nəhəng şirkətlər artıq belə boşluğu aradan qaldırmaq üçün təhlükəsizlik yeniləmələri çıxarıblar.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.