Texnologiya

Mühəndislərdən YENİLİK: Alaq otlarını məhv edən robot - VİDEO

23 Fevral 2019 15:00
0 Şərh     Baxış: 1 405
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Avstraliyalı mühəndislər tərəfindən təqdim edilmiş "SwagBot" adlı kənd təsərrüfatı robotu kompüter görmə texnologiyasının köməyi ilə özü alaq otlarını tanıya və onları herbisidlərlə çiləyə bilər.

Milli.Az "ICTnews"a istinadən xəbər verir ki, "SwagBot" kənd təsərrüfatı robotu 2016-cı ildən istifadə edilir, yenilənmiş qurğu özü alaq otlarını məhv edə bilir. "SwagBot" robotunun tanıdığı alaq otlarının sayı barədə dəqiq məlumat yoxdur. Qurğunun təsvirində deyilir ki, alqoritm Cənubi Amerikada olan "Nassella trichotoma" adlı alaq otlarını dəqiq tanıyır.

"SwagBot" robotu uzun fırlanan təkərləri olan düzbucaqlı formasında hazırlanıb. Qurğu lidar, kamera və idarə sisteminə malik antena ilə təchiz edilib. Bundan başqa, mərkəzi hissənin altında herbisid tozlandırıcısından ibarət balon yerləşir.

Milli.Az 

Videonu izləmək üçün şəklə klikləyin:
Bu robot alaq otlarını məhv edir

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.