Texnologiya

Astronomlar yüz minlərlə “görünməyən” qalaktika kəşf etdilər

20 Fevral 2019 20:19
0 Şərh     Baxış: 920
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

LOFAR radio teleskopunun elmi komandası gecə səmasının ilk dərin radio dalğa icmalının nəticələrini açıqlayıblar.

Milli.Az ölkə.az-a istinadən xəbər verir ki, nəticələrə əsasən, bu günə qədər elmə məlum olmayan yüz minlərlə qalaktika kəşf edilib. Hesabat "Astronomy & Astrophysics" jurnalında dərc edilib.

Leyden universitetinin alimi Hyub Ryötgerinqer məsələ ilə bağlı deyib:

"Əgər radio teleskopu götürüb səmaya  baxsaq, əsasən qara dəliklərin kənarlarından yaranan şüalanmaları görərik. Biz ümid edirik ki, LOFAR teleskopu bizə sirli obyektlərin yaranmasını anlamağa kömək edəcək. Əlavə olaraq deyə bilərəm ki, yeni qalaktikalarda Kainatda həyatın ilk günlərində yaranmış dəliklər gizlənə bilər".

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.