Texnologiya

İnternet nəhəngləri üçün yeni vergi siyasəti hazırlanır

19 Fevral 2019 19:54
0 Şərh     Baxış: 533
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yeni Zelandiya hökuməti tərəfindən "Google" və "Facebook" üçün yeni vergi siyasəti hazırlanır.

Milli.Az Sputnik Azərbaycan-a istinadən bildirir ki, Yeni Zelandiyanın baş naziri Jakinda Ardern verdiyi açıqlamada bu haqda danışıb. O bildirib ki, yerli şirkətlərlə xarici şirkətlər arasında vergi siyasətində ayrıseçkilik var. Məhz bunun üçün "Goggle" və "Facebook" kimi iri şirkətlərdən əlavə vergilərin əldə edilməsini nəzərdə tutan qnaun layihəsi müzakirə edilir: "Google" və "Facebook"dan əldə etdikləri gəlirin 2, yaxud da 3 faizi qədər vergi almaq lazımdır" - deyə baş nazir əlavə edib.

Qeyd edək ki, bu dəyişikliklərin gələn il qüvvəyə minməsi gözlənilir.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.