Texnologiya

“Facebook”u milyardlarla dollar cərimə gözləyir - İş məhkəməyə gedə bilər

15 Fevral 2019 20:22
0 Şərh     Baxış: 568
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ-ın Federal Ticarət Komissiyası sosial şəbəkə istifadəçilərinin şəxsi məlumatlarının sızmasına görə çoxmilyardlı cərimə ilə bağlı "Facebook"la danışıqlar aparır.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, tərəflər son məbləğin müzakirəsini aparır. Danışıqlar daşa dirənsə, Ticarət Komissiyası işi məhkəməyə aparacaq.

Bu, Ticarət Komissiyasının indiyə kimi hər hansı texnologiya şirkətinə kəsdiyi ən iri məbləğli cəriməyə çevrilə bilər. Nəşrin məlumatına əsasən, bundan əvvəl ən iri məbləğdə cəriməni "Google" şirkəti 2012-ci ildə ödəyib - 22,5 milyon dollar.  

"Facebook" şirkətinin rəsmisi danışıqlarda iştirak etdiklərini təsdiqləsə də, təfərrüata varmaqdan imtina edib.

Xatırladaq ki, Federal Ticarət Komissiyası 2018-ci ilin mart ayında  87 milyona yaxın sosial şəbəkə istifadəçisinin şəxsi məlumatlarının Donald Trampın seçki kampaniyası ilə əməkdaşlıq etmiş "Cambridge Analytica" analitik şikətinə ötürülməsi ilə əlaqədar "Facebook"a qarşı istintaqa başlamışdı.

Şirkət həmin məlumatlar əsasında seçicilərin siyasi seçimlərini araşdırıb və onlara öz maraq dairələrində olan reklamları göstərib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.