Texnologiya

Çində pilotsuz avtobuslar sınaqdan keçirildi

12 Fevral 2019 20:00
0 Şərh     Baxış: 299

Çinin Çunsin şəhərində "5G" şəbəkəsi vasitəsilə işləyən sürücüsüz sərnişin avtobusları sınaqdan keçirilib.

Milli.Az "ICTnews"a istinadən xəbər verir ki, "China Mobile", "Huawei", "EasyMile" şirkətləri və Çinin Cənub-Şərq Universitetinin alimləri tərəfindən hazırlanmış sürücüsüz avtobus, hələ ki, 12 sərnişin üçün nəzərdə tutulub. Avtobus Çinin ictimai yollarında saatda 20 kilometrədək sürətlə hərəkət edə bilər.

Avtobus lidarlardan istifadə edir, "5G" protokolu vasitəsilə nəzarət məntəqəsi ilə ani məlumat mübadiləsi həyata keçirir və sürücüsüz hərəkət edir.

Yeni avtobusların texniki xüsusiyyətləri, hələ ki, açıqlanmır. Hazırda dünyada sürücüsüz nəqliyyat istehsalı ilə məşğul olan bir neçə şirkət mövcuddur.

Milli.Az 

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.